Maliyyə naziri: "Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli olsun"

image

Azərbaycanda aprel ayında qeydə alınmış 0 % aylıq inflyasiya yaxşı göstərici deyil, amma 16-17 % inflyasiya da yaxşı hal deyil.

Soydas.az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli - 4-5 % olsun. Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə bağlı hədəfi 4-6 %-dir", - deyə o qeyd edib.

Soydas.az

Paylaş:

Xəbər lenti